Maraqlı

“Apple” şirkəti istifadəçilərə məlumat verəcək

12 İyun 2021 21:10
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkətinin növbəti həftə təqdim edəcəyi yeniliklər arasında istifadəçiyə mobil tətbiqlər tərəfindən onun haqqında məhz hansı informasiyanın toplanılmasını öyrənməyə imkan verən funksiya əlçatan olacaq. Bu haqda "Bloomberg" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, beləliklə, şirkət istifadəçilərin məlumatlarını toplayan ən "aqressiv" proqramlarla mübarizə aparır.

Həmçinin indi "iPhone" və "iPad" istifadəçiləri sükan arxasında olduqda, yatdıqda, işlədikdə öz vəziyyətlərini ifadə edən status təyin edə biləcəklər.

Məlumata görə, "iPad" üçün yeniləmələr eyni anda bir neçə proqramla işləməyə imkan verən vidcet və funksiyaları da əhatə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.