Maraqlı

Revmatoid artrit

11 May 2021 08:46
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Revmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətinin əsasında oynaq toxumasının (sinovial qişa, oynaq qığırdağı, oynaq kapsulu) immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur. Bu da sümüklərin oynaq səthinin eroziyasına, sonra da deformasiyasına və ankilozun formalaşmasına gətirib çıxarır.
Revmatoid artritin əmələ gəlmsində bəzən virus infeksiyasının və infeksion amillərin rolu olduğu söylənilir.
Xəstəlik zamanı oynağın sinovial qişası zədələnir və yerli immun cavab reaksiyası baş verir. Bu zaman limfa düyünləri və dalaq ona qarşı antitellər hasil etməyə başlayırlar. Xəstəlik bir müddət davam etdikdən sonra oynaq toxumalarının zədələnməsi daha da artır və immun iltihab əmələ gəlir. Artritin əsas əlaməti kövrək birləşdirici toxumanın əmələ gəlməsi və artmasıdır ki, bu da tədricən qığırdağı və sümük epifizini dağıdır. Proses dərinləşdikcə xəstənin oynaqları deformasiyaya uğrayır, orqan və toxumalarda dəyişikliklər baş verir.
İlkin dövrlərdə xəstələrin diz və çiyin oynaqları, sonra isə diz, dirsək, əl və ayaq orqanları prosesə sürətlə cəlb olunur. Bu zaman xəstələr iri oynaqlarda şişkinlik və ağrlların olmasından şikayət edirlər. Xəstəliyin ikinci mərhələsində kiçik oynaqlar da prosesə cəlb olunur, tək-tük halda eroziya və osteopatiya müşahidə edilir.
Xəstəliyin üçüncü mərhələsi 20-dən çox oynağın zədələnməsi ilə müşahidə edilir. Bu dövrdə xəstələrdə aşağıdakı patologiyalar özünü göstərir:
- temperaturun yüksəlməsi
- EÇS-nin yüksəlməsi
- oynaqların funksiyalarının sürətlə pozulması
- anemiya
- oynaqdan kənar təzahürlər
- zəiflik
- səhərlər hərəkətin məhdudlaşması
- artralgiya
- arıqlama
- limfodenopatiya.
Xəstəlik irəlilədikcə (1-5 il sonra) əl barmaqlarının falanqalarında bükülmə, diz oynaqlarının deformasiyası və bükülməsi, ayaq-dayaq falanqa oynağında natamam çıxıq, onurğanın natamam çıxığı, səsin kobudlaşması, təngnəfəslik, residivləşən bronxit baş verir.
Xəstəliyə diaqnozun qoyulmasında laborator analizlərin, anamnezin və rentgenoloji müayinələrin nəticələri əsas götürülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.