Maraqlı

“Huawei” smartfon üçün lazer enerjidoldurma qurğusu hazırlayır

22 Sentyabr 2020 22:10
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti qurğuların şarj edilməsi üçün görünməyən lazer şüaları ilə enerjinin simsiz ötürülməsinə əsaslanan tamamilə yeni texnologiya üzərində işləyir. Bu haqda "Pocketnow" yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən texnologiya uyğun qurğulara malik və eyni otaqda olan bir neçə istifadəçiyə bir simsiz modulun köməyi ilə cihazlarını enerji ilə doldurmaq imkanı verəcək. Simsiz enerjidoldurma prosesində akkumulyatorun vəziyyətindən narahat olmadan qurğulardan sərbəst istifadə ediləcəyi təxmin edilir, çünki ötürücü qurğuları daima enerji ilə təmin edə bilər.

"Huawei" şirkətinin rəsmisi bildirib ki, lazerin insan və heyvanların görmə orqanları üçün təhlükəsini başa düşürlər. Şirkətin mühəndisləri enerjidoldurma qurğusunun insanın gözlərini müəyyənləşdirərək onu zərərdən qoruması üzərində işləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.