Maraqlı

Koronavirus tibbi maskada 7 sutka yaşayır – EHTİYATLI OLUN

9 Aprel 2020 22:35
0 Şərh     Baxış: 2 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus parça materialında günlərlə yaşayır. Yeni virus xəstənin ağız suyu və öskürək damcıları ilə parça materiala da çökür.

Əgər digər insan bu zərrəciklər olan əşyaya toxunub, sonra əllərini göz, ağız və burnuna aparsa, potensial olaraq yoluxur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tibbi Lancet dərgisində virusun daha çox hansı səthdə yaşadığı barədə araşdırmanın nəticəsi dərc olunub.
Dəhşətlisi odur ki, virus ən çox tibbi maska səthində yaşayır: 7 gün.

Alimlər virusun 21 dərəcə otaq temperaturunda ömrünü hesablayıblar. Virus kağız üzərində 3 saat sonra ölüb, taxta və parça üzərində 2 gün yaşayıb. Pulda və şüşədə 4 gün yaşayır. 7 gün isə plastik və tibbi maskada.

Ona görə də aktiv işləyənlər bir tibbi maskanı həmin gün atmalıdır və evə gətirməməlidir. Maskalar digər insanlar üçün real təhlükədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.