Maraqlı

Təhlükəli qoxuları müəyyənləşdirən çip təqdim edilib

19 Mart 2020 08:51
0 Şərh     Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı alimlər təhlükəli qoxuları müəyyənləşdirən çip təqdim ediblər. Gələcəkdə qurğu robotlara iybilmə qabiliyyətini öyrədəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Intel" və Kornell Universitetinin tədqiqatçıları 10 ən təhlükəli kimyəvi maddənin qoxusunu öyrənmək və müəyyənləşdirmək üçün neyromorf çip təqdim ediblər. Gələcəkdə bu texnologiya robotlara silahı, partlayıcı maddələri, narkotik və hətta xəstəlikləri aşkar etməyə imkan verə bilər.

"Intel Loihi" neyromorf çipindən istifadə edən komanda beynin iybilmə sxeminə əsaslanan alqoritm hazırlayıb. Molekullar təhlükə haqqında siqnalı göndərəcək elektrik impulslarını stimullaşdırır.

"Intel" korporasiyasının məlumatına görə, sözügedən çip aseton, ammonyak və metan daxil olmaqla 10 qoxunu müəyyənləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.