Maraqlı

Təyyarədə bunu rahatlıqla edə biləcəksiniz - İcazə verildi

23 Dekabr 2019 23:00
0 Şərh     Baxış: 1 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uçuş zamanı telefon danışıqlarına icazə verilə bilər.

Milli.Az xəbər verir ki, "The Sun" nəşrində yer alan məlumata görə, uçuş vaxtı telefon danışıqları cəmi bir neçə il ərzində reallaşa bilər.

Getdikcə daha çox aviaşirkət sərnişinlərin daim təmasda olmasına imkan verən texnologiyalar tətbiq edir. Bu baxımdan Ərəb ölkələri hava yolları xüsusilə fərqlənir. Belə ki, onların əksəriyyətində bir neçə ildir ki, "Wi-fi" mövcuddur.

Ancaq bütün mütəxəssislər bunun yaxşı fikir olduğunu qəbul etmir. Bu baxımdan əksər aviaşirkətlər uçuş zamanı telefon danışıqlarına qadağa qoyub.

Eyni zamanda, sərnişinlərin əksəriyyəti bu xidmətdən istifadə etmək istəmir. İnanca görə, bu, uçuş təhlükəsizliyini təhdid edir və səssizliyi pozur.

Qeyd edək ki, təyyarələrdə istifadə edilən "Wi-Fi" sistemi kifayət qədər bahadır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.