Maraqlı

Xanımların nəzərinə: dodaqlarınıza istədiyiniz formanı verin

3 Noyabr 2015 22:50
0 Şərh     Baxış: 2 288
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əgər dodaqlarınızın görüşünüzdən narazısınızsa, balaca makiyaj hiylələri ilə onu istədiyiniz formaya sala bilərsiniz.

Dodaqlarınız böyükdürsə
Milli.Az qadinklubu.com-a istinadən bildirir ki,  böyük dodaqları kiçik göstərmək üçün dodaq konturunu dodağın iç hissəsindən çəkmək lazımdır. Açıq rəngdə çəkilən konturun içinə, çərçivədən daha tünd rəngdə dodaq boyası vurun.

Dodaqlarınız qalındırsa
Qalın dodaqlara sərt və parlaq rənglər vurmayın. Dodaqların iç qismindən çəkilən dodaq konturu ilə dodaq boyasının eyni rəngdə olmağına fikir verin.

Dodaqlarınız incədirsə
İncə dodaqların daha dolğun görünməsi üçün konturu dodaq xəttinin xaric hissəsinə çəkin.

Alt və üst dodaqlarınız bir-brinə uyğun gəlmirsə
Alt və üst dodaqların qalınlıqları bir-birinə uymursa, müxtəlif iki tondan istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq üçün isə açıq ton seçin.

Alt dodağınız daha böyükdürsə
Alt dodağı boyayarkən bir az kiçiltmək lazım gələcək. Bunun üçün orta hissədən başlayaraq dodaq cizgisinin bir az içindən dodaqların birləşdiyi yerə qədər boyanı çəkin.

Üst dodaq daha çox önə çıxırsa
Üst dodağın ortasını müəyyən edən V şəkilini dodaq cizgisinin bir az içindən çəkərək, dodaq qıvrımı olan hissəyə qədər qələmlə boyayın. Alt dodağı isə bir az dağınıq şəkildə boyayın.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.