Maraqlı

Arvadına bal ayında xəyanət edən kişi polisə düşdü

1 Sentyabr 2022 13:07
Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arvadı ilə bal ayını keçirmək üçün otelə gələn amerikalı turist onu aldatmaq qərarına gəlib və təsadüfən gizli işləyən polis agenti ilə qarşılaşıb.

Milli.Az bildirir ki, bu barədə "True Crime Daily" yazır.

Hadisəni Hillsboro dairəsinin (Florida ştatı) şerifi keçirdiyi mətbuat konfransında danışıb. 2022-ci il iyulun 15-də evlənən 34 yaşlı Pol Turovskinin yeni həyat yoldaşı ilə Tampadakı otelə gəldiyi bildirilib. Həyat yoldaşı yuxuya gedəndə kişi internetdə seks xidməti elanına cavab verib və fahişə ilə görüşmək üçün oteldən çıxıb.

Turovski təyin olunmuş mehmanxanaya çatanda polis basqınına düşüb. Hüquq-mühafizə orqanları aprel ayından etibarən "azyaşlı olan fahişələrin qeyri-qanuni xidmətlərini əldə etmək niyyətində olan" şəxslərə qarşı genişmiqyaslı gizli əməliyyat keçirib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.