Maraqlı

Rusiyada şəkər tozu növbəsi - VİDEO

21 Mart 2022 12:06
0 Şərh     Baxış: 2 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Saratov şəhərində şəkər qıtlığı yaşanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı videolar bir neçə gündür ki, sosial şəbəkələrin Rusiyanın seqmentində yayılır.

Videolardan görünür ki, yüzlərlə sakin şəhər meydanına toplaşaraq növbə ilə yük maşınlarından şəkər almağa çalışır.

"Kommersant" yazır ki, ölkə ərazisində şəkər tozunun qiyməti kəskin artıb. Bəzi yerlərdə 70 rubla satılan bu məhsul digər satış nöqtələrində 100-120 rubla təklif edilir. Qeyd edilir ki, vətəndaşlara 2 kiloqramdan çox şəkər almaq qadağan edilib.

Xatırladaq ki, Ukraynaya hücumundan sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bir çox məhsulun qıtlığı da məhz iqtisadi vəziyyətin nəticəsi və əhalinin müharibə şəraitindən qorxaraq ərzaq depolaması ilə izah edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.