Maraqlı

Acı yaşıl bibərin faydaları

10 Mart 2022 08:15
0 Şərh     Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəni Amerika qitəsi sayılan acı yaşıl bibərin tarixi 9 min il əvvəllərə gedib çıxır. Toxumları Xristafor Kolumb tərəfindən Avropaya gətirilən acı bibər qısa bir zamanda bütün dünyaya yayılmışdır. Acı bibərdən həm kulinariyada, həm də bəzi dərmanların hazırlanmasında istifadə edilir. 1 ədəd 45 qramlıq acı yaşıl bibərin tərkibində aşağıdakılar var:
* 18 kkalori
* 530 IU A vitamini
* 106 mq C vitamini
* 0,3 mq E vitamini
* 6,4 mq K vitamini
* 10,4 mq fol turşusu
* 9 mq kalsium
* 1,2 mq dəmir
* 25 mq maqnezium
* 46 mq fosfor
* 340 mq kalium.
Acı bibər tərkibində olan vitaminlər sayəsində immun sistemini möhkəmləndirir, dərinin xarici mühitdən qorunmasına səbəb olur. Acı yaşıl bibər beyin qan dövranını normallaşdırır, Alsheymer xəstəliyinin əmələgəlmə riskini azaldır. Acı bibərin göz xəstəliklərinin müalicəsində də faydası böyükdür. Tərkibindəkilər sayəsində o, toyuq korluğu adlanan xəstəliyin müalicəsində çox faydalı sayılır. Acı yaşı bibər qanın laxtalanmasını azaltmaqla trombun əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan minerallar cinsi həvəsi artırmaqla yanaşı, spermanın hərəkətliliyini də yüksəldir. Acı yaşıl bibər qanazlığının müalicəsində də istifadə edilir. O dəmir çatışmazlığı səbəbindən əmələ gələn qanazlığının müalicə eləmək qabiliyyətinə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.