Maraqlı

Hansı qan təzyiqi normal, hansı yüksək sayılır? İZAH

17 Fevral 2022 23:45
0 Şərh     Baxış: 3 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu çox vacib məlumatdır. Bir çox insanlar bunu bilmir, təzyiqini "normal" hesab edir və vaxtında həkimə müraciət etmirlər.

Nəticədə isə yüksək təzyiq orqanizmə ciddi ziyan vurur, müxtəlif ağır pozulmaların inkişafına gətirib çıxardır.

2017-ci ildə Amerika kardioloji assosiasiyası və Amerika kardeoloji koleci, 2018-ci ildə isə Avropa kardioloji cəmiyyəti hipertoniyanın müalicəsi ilə bağlı tövsiyələrini yeniləyib.

İndi Avropada 65 yaşına qədər olan insanlarda normal sistolik ("yuxarı") təzyiq 120-129 mm c.st sayılır. Bundan yuxarı təzyiq isə yüksək sayılır.

Yaşlı insanlarda (65 yaşdan yuxarı) norma 140-150 mm c.st-dan 130-139 mm c.st-a qədər aşağı salınıb.

Diastolik ("aşağı") təzyiq bütün yaş qruplarında normada 80 c.st-dan çox olmamalıdır.

Beləliklə, əgər təzyiqiniz müntəzəm olaraq 129/80 mm c.st-dan çoxdursa bu artıq yüksək təzyiq sayılır və siz mütləq həkimə müraciət etməlisiniz. Belə təzyiq göstərir ki, sizdə hipertoniya inkişaf etməyə başlayır. İlk mərhələlərdə bunun qarşısını almaq və təzyiqi normaya salmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.