Maraqlı

Qışda əhval-ruhiyyəni yaxşılaşdıran məhsullar açıqlandı

6 Fevral 2022 13:45
0 Şərh     Baxış: 1 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi insanlar soyuq qış mövsümündə depressiya və süstlüyə səbəb ola bilən affektiv pozğunluqla qarşılaşır. Bu sindrom yorğunluq, koqnitiv zəiflik və piylənməyə gətirib çıxarır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, affektiv pozğunluğun müxtəlif səbəbləri var. Məsələn, D vitamini çatışmazlığı, qanda serotonin və melatonin hormonlarının səviyyəsinin azalması və s.

Bir qayda olaraq, qadınlar bu pozğunluğa daha çox meyllidirlər.

Amerika Psixiatriya Assosiasiyasından dietoloq Culiana Tamayonun sözlərinə görə, qeyd olunan simptomlar adətən payız və qış aylarında, günəş işığının az olduğu vaxtlarda görülür.

"Belə hallarda pəhrizə zənginləşdirilmiş dənli bitkilər və balıq daxil etmək məsləhətdir. Dənli bitki məhsullarının çoxu lif, vitamin B12 və fol turşusu ilə boldur. Bunlar depressiya simptomları ilə mübarizə aparmaq üçün vacib qidalardır", - deyə Tamayo bildirib.

Tamayo qeyd edib ki, balıq da affektiv pozğunluğa qarşı mübarizədə eyni dərəcədə vacib rol oynayır. O, orqanizmi omeqa-3 əsas yağ turşuları və proteinlə təmin edir.

Mütəxəssis tünd şokoladı da nəzərdən qaçırmamağı tövsiyə edib. Belə ki, araşdırmalara görə, onun tərkibində depressiya əlamətlərinin aradan qaldırılmasında mühüm rol oynayan çoxlu maqnezium mineralı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.