Hadisə

Ölümlə nəticələnən daha bir yol qəzası

28 Mart 2021 10:09
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1987-ci il təvəllüdlü Camal Əfəndi oğlu İsmayılov idarə etdiyi "Nissan" markalı 90 DA 629 dövlət nömrə nişanlı dövlət nömrə nişanlı minik avtomobili il hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını beton maneəyə çırpıb. 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan C.İsmayılov hadisə yerində ölüb. 

Avtomobildə sıxılmış vəziyyətdə qalan C.İsmayılovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından mühafizə hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.