Hadisə

Bakıda 66 yaşlı qadını vurub qaçan "TATRA"nın sürücüsü saxlanıldı

12 Mart 2020 12:34
0 Şərh     Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qadını vurub qaçan avtomobil müəyyən edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Valentina Hüeseynova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadını vuran avtomobil hadisə yerindən qaçıb. Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyaqt-axtarış tədbirləri nəticəsində hadisəni törədən avtomobilin "TATRA" markalı yük maşınının olduğu müəyyən edilib.

Keçirilən əməliyyat nəticəsində yük maşınının sürücüsü 1964-cü il təvəllüdlü Ə.Namazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.