Bu gün axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində baş verən bədbəxt hadisə nəticəsində 55 yaşlı qadın ağır xəsarət alıb.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, 1965-ci ildə anadan olmuş kənd sakini Ülviyyə Abdulla qızı Söhbətova yaşadıqları evin 2-ci mərtəbəsinin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb.
Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti kritik ağır olduğundan onun yaxın saatlarda Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı gözlənilir.
Milli.Az