Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəmkir rayonunda nisyə ərzaq ala bilməyən şəxs mağazanı yandırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən ərzaq mağazasında baş verib.
Məlumata görə, şəhər sakini Sabir Əzizov (ad-soyad şərtidir) mağazadan 50 manatlıq ərzaq götürərək, borcu ayın sonunda alacağı müavinətlə ödəyəcəyini bildirib. Lakin ayın sonunda yenidən mağazaya gələn zaman əlavə nisyə ərzaq istəyi rədd edilib.
Bundan əsəbiləşən şəxs mağaza sahibindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında spirtli içki qəbul etdikdən sonra mağazanın qarşısına gəlib, şüşəni sındıraraq içəri daxil olub. Daha sonra vitrindəki spirtli içkiləri yerə tökərək mağazaya od vurub və hadisə yerindən uzaqlaşıb.
Yanğın nəticəsində mağaza və içərisindəki ümumi dəyəri 46 min manat olan məhsullar məhv olub.
Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisəni törədən şəxsin S.Əzizov olduğu müəyyən edilib və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Məhkəmə prosesi zamanı mağaza sahibi ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunub. Məhkəmə bu halı nəzərə alaraq S.Əzizova 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib, lakin Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesablayıb və ona 1 il sınaq müddəti verib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Samuxda kütləvi zəhərlənmə: 15-dən çox şəxs xəstəxanaya yerləşdirildi
-
Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
-
Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verildi
-
Səlim Abbasovun evində yanğın - (Video)
-
Xədicə Rəhimova vəfat etdi
XƏBƏR LENTİ
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb
-
ABŞ-də Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə hazırlanacaq
-
Samuxda kütləvi zəhərlənmə: 15-dən çox şəxs xəstəxanaya yerləşdirildi
-
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrə gecə məhdudiyyəti tətbiq ediləcək
-
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
-
Sibel Can yeni görünüşü ilə diqqət çəkdi - (Video)
-
Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Birbank Invest: İnvestisiyaya aparan rəqəmsal yol
-
"Şevket" illər sonra - (Foto)
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
-
"Kubik-rubik"i 0.39 saniyəyə yığdı - (Video)
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir
-
Yamal Mbappeni kölgədə qoydu
-
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib
-
Azərbaycanlı aparıcı özündən gözəl qızı ilə - (Video)
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
-
İdxal olunan heyvanların daşınması ilə bağlı sahibkarlara çağırış
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi
-
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı
-
Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi





