Dünya

Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb

15 İyul 2026 17:51
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibənin 1603-cü günü üçün qarşı tərəfin itkiləri barədə məlumat yayıb.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Onun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 673 təyyarə, 284 helikopter, 181 724 pilotsuz uçuş aparatı (PUA), 666 zenit-raket kompleksi məhv edilib.

Konaşenkov həmçinin bildirib ki, Rusiya tərəfinin məlumatına əsasən, bu müddət ərzində 30 163 tank və digər zirehli texnika, 1 758 reaktiv yaylım atəş sistemi, 35 769 artilleriya və minaatan qurğusu, eləcə də 66 525 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya və Ukrayna tərəfləri müharibə ilə bağlı itki rəqəmlərini fərqli şəkildə təqdim edir və müstəqil mənbələr tərəfindən bütün məlumatları tam yoxlamaq mümkün deyil.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.