Hadisə

Dünənki qəzada ölən 18 yaşlı Məryəmin FOTOları

3 Avqust 2024 09:16
Baxış: 6 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən faciəli şəkildə ölən Məryəm tələbə imiş.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb. Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.