Hadisə

Azərbaycanda tələbə faciəli şəkildə öldü - FOTO

11 Fevral 2023 10:53
Baxış: 2 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Asəf Salahov vəfat edib.

Milli.Az xəbər verir ki, tələbə ötən gün yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib. Bu barədə onun müəllimi, Bərdə rayonu Qazaxlar kənd orta məktəbinin direktoru Elşən Ramizoğlu sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

O, mərhum şagirdi haqqında bu sözləri yazıb: "Atasının nə əziyyəti ilə, hansı kasıblıqla oxuduğunu, Asəfin hansı əziyyət çəkdiyini çox yaxşı bilirəm. Bu cavan yaşın, bu əziyyətin qisməti belə olmalı deyildi..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.