Texnologiya

İnternetdəki məzmunların nə qədərini süni intellekt hazırlayır?

6 Sentyabr 2024 21:20
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlarda həyatımıza işıq sürət ilə daxil olan süni intellektin internetdəki neçə faiz məzmunu ələ keçirtdiyi məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son araşdırmalara görə, internetdəki məzmunun 57%-ində süni intellektin imzası var.

Cambridge və Oxford-dan olan tədqiqatçıların araşdırmasına görə, süni intellekt həddən artıq yüklənir və bu, məzmunun keyfiyyətini aşağı salır.

Tədqiqatçılar, öz araşdırmalarında süni intellektin verdiyi cavabların hər dəfə yoxsullaşdığını və dəqiq məlumat verə bilməyəcəyini ortaya qoyublar. Oxford Universitetindən  Dr. Illa Shumailov deyir: "Model çökməsinin nə qədər tez başlaması və onu fərq etməyin necə də çətin olması təəccüblüdür. İlk növbədə, o, az təmsil olunan məlumatlar kimi azlıq məlumatlarına təsir göstərir. Sonra bu, çıxışların müxtəlifliyinə təsir edir və dispersiya azalır. Bəzən çoxluq məlumatlarında kiçik bir təkmilləşmə müşahidə olunur ki, bu da azlıq məlumatlarında performansın pisləşməsini gizlədir. Modelin çökməsi ciddi nəticələrə səbəb ola bilər". 

Tədqiqatçılar, indi problemin səbəbini açmağa çalışırlar. Qrupun fikrincə, problemin ilk səbəbi süni intellektlə hazırlanan məzmunun yoxlanılmadan paylaşılmasıdır. Təbii ki, süni intellektin mövcud olmayan məlumatları "uydurması", davamlı olaraq daha aşağı keyfiyyətli nüsxələrdən yeni nüsxələr yarada bilməsi problemi, vəziyyəti daha da pis hala gətirəcəkmiş kimi görünür.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.