Texnologiya

"WhatsApp"dan istifadəçilərini sevindirəcək yeni funksiya

15 Avqust 2024 17:40
Baxış: 3 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" messenceri stikerlər siyahısını genişləndirəcək və süni intellektdən istifadə edərək stikerlər yaratmaq mümkün olacaq.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə xidmətin nümayəndələri rəsmi bloqda yeni funksiyanın işə salındığını elan ediblər.

"İnsanlar özlərini ifadə etmək və söhbətlərinə əyləncə əlavə etmək üçün stikerlərdən istifadə etməyi sevirlər. Bəzən stikerlər emosiya və əhval-ruhiyyəni sözlərdən daha yaxşı çatdıra bilir və bu gün biz stikerləri fərdiləşdirmək üçün yeni üsullar əlavə edirik",-deyə məlumatda qeyd olunur.

Qeyd olunur ki, "WhatsApp" onlayn animasiyalı GIF bazası Giphy ilə əməkdaşlığa başlayıb ki, bu da proqramda stiker kolleksiyasını genişləndirməyə kömək edəcək. Bu stikerlərə daxil olmaq üçün söhbətdə stiker işarəsinə toxunmaq və axtarış qutusuna mətn sorğusu və ya emoji daxil etmək lazım olacaq.

Xidmətin nümayəndələri onu da bildiriblər ki, stikerlər yaradaraq messencerdə paylaşmağa imkan verən Custom Sticker Maker tətbiqi bundan sonra təkcə iOS deyil, həm də Android-də işləyən qurğu sahibləri üçün əlçatan olacaq. Bundan əlavə, istifadəçilər lazımsız stikerləri silə və tez-tez istifadə etdiklərini siyahının yuxarısına daşıya biləcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.