Texnologiya

“iPhone 16”nın istehsala başlayacağı vaxt açıqlandı

9 Oktyabr 2023 16:17
Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti növbəti smartfon seriyası olan "iPhone 16"nın istehsalına başlamağı planlaşdırır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, yeni model dekabr ayında erkən istehsala təqdim ediləcək. 
Məlumata görə, Amerika korporasiyası artıq "iPhone 16"nın ilkin prototipini yaradıb və artıq nümunəni sınaqdan keçirib. "Apple" həmçinin dekabrın əvvəlində Çinin Çenqdu şəhərində digər smartfon prototiplərinin yaradılacağı istehsal xəttini də qurub.

İnsayderlər, 2024-cü ilin əvvəlindən "Apple"ın istehsal həcmini tədricən artıracağına dair məlumatları açıqlayıb. Belə ki, mart və aprel aylarında korporasiya komponent tədarükçüləri ilə razılığa gəlmək və qadcetlərin istehsalını təşkil etmək niyyətindədir. Tipik olaraq, yeni "Apple" smartfonlarının geniş istehsalı yayda başlayır.

Məlumata görə, yeni seriya dörd modeldən - "iPhone 16", "iPhone 16 Plu", "iPhone 16 Pro" və "iPhone 16 Pro Max"dan ibarət olacaq. Bildirilir ki, modellər çərçivəsiz dizaynla yanaşı, smartfonlara daha güclü, nazik və yüngülləşdirən yeni materiallar əlavə olunacaq. Bundan əlavə, "Apple" top modellərdə titan korpusunu təkmilləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Apple" şirkət "iPhone 15" seriyalı smartfonları bir neçə həftə əvvəl satışa buraxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.