Sağlamlıq

Payızda bu bitkinin çayını için

29 Sentyabr 2021 23:45
0 Şərh     Baxış: 1 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq payız ürək, sinir sistemi, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir göstərir.

Milli.Az xəbər verir ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, orqanizmə olan mənfi təsiri ən yaxşı azaldan vasitə çökə çiçəyi dəmləməsidir.

Dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır.

Diyetoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.