Viruslardan qorunmaq üçün bitki istifadəsində doza həddini aşmaq başqa xəstəlikləri kəskinləşdirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Virus infeksiyalarına yoluxma immun sistemi aşağı olan şəxslərdə daha çox baş verir. Həmçinin immuniteti zəif olanlar xəstəliyi daha kəskin keçirirlər. Bu səbəbdən, viruslardan qorunmaq üçün fitoterapiya (bitkilər və digər təbii vasitələrlə müalicə) üsullarından istifadə zamanı immuniteti gücləndirən təbii vasitələrdən istifadə effektlidir.
Milli.Az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, immuniteti artıran təbii vasitələrdən biri propolisdir: "Digər viruslarda olduğu kimi, yeni növ koronavirus infeksiyasından (COVID-19) qorunmaq üçün də 1 yaşdan yuxarı hər kəs propolis istifadə edə bilər. Propolis gündə 2 dəfə, yeməkdən öncə 50 milliqram suya 2-60 damcı (həkimin təyinatına əsasən) əlavə olunaraq daxilə qəbul edilir. İstifadəçilərə məsləhət bilirik ki, 45 gün istifadədən sonra fasilə versinlər. Lakin bir neçə həftəlik fasilə başa çatdıqda profilaktikaya davam etmək mümkündür. Bu, arı məhsulu həm təbii antiviral, həm də antibiotikdir və bütün virus infeksiyalarına qarşı effektli üsuldur".
E.Eldaroğlu, həmçinin virus infeksiyaları zamanı bitkilərin faydası barədə də danışıb.
"Koronavirus pnevmoniyasına tutulmadan öncə gündəlik istifadə edə biləcəyimiz bitkilər arasında qara zirə (çörək otu), ud hindi və zəncəfil çox faydalıdır. Bu bitkiləri 20 gün ərzində hər birindən 10 qram qarışdıraraq dəmləyib içmək orqanizmi gücləndirir. Lakin qeyd edim ki, kəskin mədə-bağırsaq xəstəliyi olanlar qarışımdan istifadə edə bilməzlər. Allergik xəstələrin isə ud hindinin miqdarını artırıb, çörək otunu azaltmaqla bu bitki çayından içmələri mümkündür. Adətən xəstələr virus infeksiyaları zamanı ud hindi, çörək otu, yemişan, bağayarpağı, cökə kimi bitkilərdən çox yaxşı effekt ala bilirlər, amma istənilən halda doza həddini aşmaq olmaz. Məsələn, zəncəfil çox miqdarda qəbul edilərsə, mədə qanaması verər, təzyiqi qaldırar.
Bundan başqa, koronavirus infeksiyası zamanı öskürəkdən şikayət edənlərdə nəfəsin normallaşması üçün bəlğəmin çıxması, ümumiyyətlə ağciyər reabilitasiyası önəmlidir. Belə olan halda, biyan kökü bitkisindən istifadə məsləhətlidir", - deyə fitioterapevt bildirib.
Həkimin sözlərinə görə, faydalı bitkilərdən mümkün qədər çox miqdarda istifadə etmək orqanizmin daha çox güclənəcəyi və yoluxmanın baş verməyəcəyi anlamına gəlmir: "Ümumiyyətlə, bitkilərdən istifadə faydalı olsa da, reseptlərin həkim məsləhəti ilə təyin olunması məqsədəuyğundur. Çünki bitkilərdən istifadə zamanı doza həddini aşmaq başqa xəstəliklərin yaranmasına və ya ağırlaşmasına səbəb ola bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Bakıda Formula 2 sprint yarışına start verilib -
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)





