Sağlamlıq

Bu qidalar ürək üçün olduqca zərərlidir

5 Oktyabr 2023 07:45
Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ürək-damar sistemi üçün ən zərərli qidalar fəstfud və yarıfabrikat məhsullardır".

Milli.Az xəbər verir ki, bunu diyetoloq və qastroenteroloq Nuria Dianova "Zvezda" kanalına müsahibəsində bildirib.

Həkim bildirib ki, fəstfud çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da o qədər də faydalı deyil.

"Bu qidalar kökəlməyə kömək etməklə yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans yağları var. Trans yağları qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır. Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta səbəb ola bilər".

Həkim bildirib ki, "kartof fri" ən zərərli məhsuldur. Çünki ürək-damar sistemi də daxil olmaqla bədənə mənfi təsir göstərən trans yağları ehtiva edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.