Uzun müddət COVID-19 virusundan əziyyət çəkən şəxslərdə bu xəstəliyin qeyri-adi nəticələri aşkarlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar mövcud olmayan qoxuları qəbul etməyə başlayıblar. Bu fenomen parosmiya adlanır. Xəstələr balıq və kükürd qoxusundan şikayət edir, onları iyrənc adlandırırlar.
Mütəxəssislər bu "unikal" nəticəni SARS-CoV-2-nin neyrotrop virus olması ilə nəticələndirirlər.
Bundan xilas olmaq üçün həkimlər gündə 20 saniyə limon, qızılgül və qərənfil qoxlamağı məsləhət görür. Bu qoxu hissinizi bərpa etməyə kömək edəcək.
Milli.Az