Sağlamlıq

Koronavirusla İspanka qripinin oxşar cəhətləri açıqlandı

16 Noyabr 2020 22:04
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

XX əsrdə yüzminlərlə insan ölümünə səbəb olan pandemik İspanka virusu ilə indiki koronavirusun oxşar cəhətləri açıqlanıb.

Milli.Az xəbər verir ki, immunoloq Vladimir Bolibok pandemiyanın bundan sonra necə davam edəcəyi ilə bağlı suallara cavabların elə ispanka qripi pandemiyasında araşdırılmalı olduğunu bildirib.

"İspanka pandemiyasının 3 dalğası olmuşdu: yaz, sonra payız-qış, sonra yayda səngimişdi və payızdan üçüncü uzun dalğa başlamışdı.

Ən ağırı ikinci dalğa idi. Qışda daha çox insan xəstələndi.

İndi də eyni ssenaridir. Kollektiv immunitet öncə sıfıra bərabər idi, ona görə dalğa güclü start götürdü.

Epidemiya 2-3 həftəyə də bitə bilər, əgər bütün dünya ölkələri ən sərt tədbirlərə getsə. Bu o deməkdir ki, bir adam da evdən çölə çıxmamalıdır.

Virus orqanizmdə əbədi qala bilməz, indiki halda koronavirusun daha çox məhv olunmasının şahidi oluruq".

Həkim bildirib ki, Çin, Koreya,Tayvandda pandemiyanın səngiməsinin səbəbi məhz ən sərt tədbirlərin görülməsi idi.

"Biz isə bacarmadıq. Avropa da pandemiyanı özbaşına qoydu. Ona görə gedişat İspanka qripindəki kimi olacaq". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory