Sağlamlıq

Mütəxəssislərdən XƏBƏRDARLIQ: Bu maskaları yuya bilərsiniz

25 May 2020 19:25
0 Şərh     Baxış: 1 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus dünyada fəsadlar törətməyə davam edərkən, bir çox səhiyyə təşkilatları insanların evdən uzaqlaşdığı müddətdə mütəmadi maska geyinmələrini tövsiyə edir.

Milli.Az xəbər verir ki, mütəxəssislər yuyula bilən maskaların istifadəsinin daha sərfəli və etibarlı olduğunu bildirib.

Ancaq burada vacib bir məqam var. Yalnız pambıq və ya polipropilen kimi parçadan hazırlanan maskaları yumaq virus və bakteriyaları öldürməkdə təsirlidir. Əgər cərrahi maskalarınız varsa və onları bir daha istifadə etməyə çalışırsınızsa, yenidən düşünməlisiniz.

Cərrahi maskalar kağız salfetindən daha güclü olan bir parçadan hazırlanır. Bu maskalardakı komponentlər evdə istifadə edə biləcəyiniz bəzi təmizləyici maddələr tərəfindən ciddi şəkildə zədələnə bilər.

Parçadan hazırlanan fərdi qoruyucu maskaların bir müddəti var. Mütəxəssislər mütəmadi yuyulmanın parçadan hazırlanan maskaları zədələyə biləcəyini də qeyd edib. Bu səbəbdən bir neçə yuyulmadan sonra maskanı yeniləməyinizdə fayda var. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.