Sağlamlıq

Makiyajın dəriyə zərərli təsiri

15 Aprel 2020 23:12
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Araşdırmalar göstərir ki, kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar var. Təbii ki, bu, insan sağlamlığına, əsasən də dəriyə çox ciddi fəsadlar verə bilər.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-dermatoloq Solmaz Orucova deyib: "Makiyajın ən böyük zərəri dərinin nəfəs almasına mane olmasıdır. Elə bunun nəticədir ki, bəzi xanımların üzündə çivzələr əmələ gəlir. Problemlər daha çox yağlı dərilərdə olur. Həmin dərilərdə məsamələr açıq olduğundan ətraf mühitdə olan tozlar məsamələrə girib müəyyən fəsadlar törədə bilər".

Onun dediyinə görə, makiyajın üzə ən böyük təsiri onu uzun müddət təmizləmədikdə yaranır. Onun qarşısını almaq üçün yatmazdan əvvəl mütləq üzü təmizləyici vasitələrlə makiyajdan azad etmək lazımdır.

Kosmetik vasitələrin düzgün seçilməsinə də xüsusi diqqət yetirmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.