Sağlamlıq

Dəhşətli virusa alternativ müalicə üsulu tapıldı: QİÇS və qrip dərmanları işə yarayır

5 Fevral 2020 01:30
0 Şərh     Baxış: 1 709
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tailand həkimləri QİÇS və qrip dərmanlarını birlikdə tətbiq edərək koronavirusa yoluxmuş xəstələrdə 48 saat ərzində yaxşılaşma müşahidə edib.

Milli.Az xəbər verir ki, bu xəstələr arasında virusun yayıldığı Çinin Vuhan şəhərindən gələn, 10 gündür nəzarət altında saxlanılan və koronavirus testi müsbət çıxan 70 yaşlı qadın da var.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis Krianska Atipornvaniç bu metodun virusun müalicəsi olmadığını bildirib. Ancaq o əlavə edib ki, bu üsulu tətbiq etdikdə xəstələrin vəziyyəti sürətlə yaxşılaşır.

Qeyd edək ki, Tailand Səhiyyə Nazirliyi bu gün yeni müalicə metodunun tətbiqi ilə bağlı iclas keçirəcək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.