Sağlamlıq

Bunları soyuducuya qoyduqda, zəhərə çevrilir - SİYAHI

16 Dekabr 2019 07:00
4 Şərh     Baxış: 2 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən hər kəs bütün qidaları soyuducuya qoyur ki, xarab olmasın. Amma bu böyük bir səhvdir, çünki bəzi yeməklər soyuducunun soyuğuna və şəraitinə dözə bilmir və ya əks təsir verə bilir. Soyuducuya qoyulanda bəzi qidaların xəstəliyə səbəb olduğunu bilirdinizmi? Bəs, bu qidalar hansılardır?

Milli.Az medicina.az-a istinadən həmin ərzaqları təqdim edir:

Şirniyyat

Bal, cem və şokolad kimi şirin qidalar soyuducuda üzvi xüsusiyyətlərini və tərkibini dəyişir.

QƏHVƏ

Soyuducunun soyuğu və nəmliyi həm qəhvənin dadını, həm də görünüşünü təhrif edir.

KARTOF

Soyuducuda bir gündən çox qalan kartof köhnəlir, ancaq görünüşünün əvvəlki kimi qaldığından hiss etmək çətin olur. Bişmiş kartofu soyuducuda saxladıqda isə bağırsaq xəstəliklərinə səbəb ola bilər.

SARIMSAQ

Antibakterial təsiri olan sarımsaq 2 gün soyuducuda qaldıqdan sonra bakteriya əmələ gətirir.

POMİDOR

İllərdir hamının etdiyi səhv pomidorun korlanmaması üçün soyuducuya qoyulmasıdır. Əslində, pomidor soyuducuda yerləşdirildiyi zaman, soyuq havada onun üzvi quruluşu pozulur. Qırışmış pomidor bakteriya əmələ gətirməyə başlayır və istehlak olunan zaman həzm xəstəliklərinə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.