Milli.Az xəbər portalı "faktxəbər"ə istinadən bildirir ki, suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Suçiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ilə rəngləmək, dəri səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək məsləhətdir.
Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.
Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.
Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.
Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.
Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.
Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla ("marqantsovka") su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.
Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.
Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.
Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.
Milli.Az
Sağlamlıq
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Uşaqlarda suçiçəyi xəstəliyi: necə müalicə etməli?
17 Sentyabr 2011 20:18
250 Şərh
Baxış: 254 205

DİGƏR XƏBƏRLƏR
-
Su, yaşıl çay və kefiri unudun - Ən sağlam içki bu imiş
-
Özbaşına atılan ağrıkəsicilər böyrəklərin "evini yıxır" - Açıqlama
-
Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı - xəbərdarlıq
-
Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş - açıqlama
-
Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir - Diqqət
-
Qazlı suyun bilinməyən faydaları
XƏBƏR LENTİ
-
Su, yaşıl çay və kefiri unudun - Ən sağlam içki bu imiş
-
“Qarabağ”ın oyununda mübahisəli epizod - Penalti idi? - VİDEO
-
"Powerbank"ınız bu hala gəlibsə - Partlayacaq
-
Bu ölkədən Putinə sərt xəbərdarlıq: PUA-ları dərhal vuracağıq
-
Həmin əski parçasını azarkeşlərimiz alıb zibil qabına tulladılar - VİDEO
-
“Qarabağ”ın liqa mərhələsində ilk məğlubiyyəti - YENİLƏNİB - VİDEO
-
Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı
-
“WhatsApp”dan daha bir yenilik
-
İrem 7 günlük körpəsi ilə qəzaya düşdü - FOTO
-
"Qarabağ"ın oyununda təxribat - FOTO
-
Fazil İsmayılov vəfat etdi - FOTO
-
Şanxayda Azərbaycan musiqiçilərinin möhtəşəm konserti keçirilib - FOTO
-
Özbaşına atılan ağrıkəsicilər böyrəklərin "evini yıxır" - Açıqlama
-
Mehdiyev həbsxanaya düşsə, tezliklə ölə bilər - Əli İnsanov
-
Azerbaijan Dance Festival 2025 proqramı təqdim olunub
-
Brauzer sahəsində yeni era başlayır - Kim hansı sayta giribsə izlənəcək
-
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı Azərbaycanın mədəni həyatında parlaq bir hadisə olacaq - FOTO
-
Gəncədə yük maşını ilə minik maşını toqquşdu -- xəsarət alanlar var - FOTO
-
Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan kino musiqisi” adlı konsert proqramı keçirildi - FOTO
-
Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO
-
Sonaxanım efirdə parikini çıxardı - "Deyirlər ki, keçəldir" - VİDEO
-
“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı - VİDEO
-
“Atam məni tanımır” - göz yaşları sel oldu - VİDEO
-
Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub