Sağlamlıq

Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir - Diqqət

22 Oktyabr 2025 05:05
Baxış: 344
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzən sadəcə soyuqdəymə və ya allergiya ilə bağlı deyil, ciddi xəstəliklərin və hətta ölüm riskinin xəbərçisi ola bilər.

Milli.Az xəbər verir ki, tədqiqatlara əsasən, qoxu duyğusunun zəifləməsi və ya tam itməsi Alzheimer, Parkinson kimi neyrodegenerativ xəstəliklərin erkən əlamətlərindən biridir. Bundan əlavə, bu hal ürək-damar xəstəlikləri və immun sisteminin zəifləməsi ilə də əlaqələndirilir.

Alimlər bildirirlər ki, xüsusən yaşlı insanlarda qoxu itkisinin qəfil baş verməsi, orqanizmdə ciddi dəyişikliklərin başladığını göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edir: əgər uzunmüddətli qoxu itkisi yaşayırsınızsa, həkimə müraciət etməyi gecikdirməyin - bu, bədənin göndərdiyi həyati bir siqnal ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.