Sağlamlıq

3 milyarddan çox insan bu xəstəliklərdən əziyyət çəkir

16 Oktyabr 2025 03:03
Baxış: 378
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyada 3 milyarddan çox insan nevroloji xəstəliklərdən əziyyət çəkir.

Milli.Az xəbər verir ki, bu barədə ÜST-ün hesabatını şərh edən təşkilatın baş direktorunun köməkçisi Ceremi Farrar məlumat verib.

O bildirib ki, hər il təxminən 11 milyon insan bu xəstəliklər səbəbindən həyatını itirir. Farrarın sözlərinə görə, bir çox nevroloji xəstəliklərin qarşısını almaq və müalicə etmək mümkündür, lakin xüsusilə kənd və infrastruktur cəhətdən zəif bölgələrdə insanlar profilaktik tibbi xidmətlərdən kənarda qalır.

ÜST hesabatında insult, neonatal ensefalopatiya, miqren, diabetik neyropatiya və digər nevroloji pozuntular ölüm və əlilliyin əsas səbəbləri kimi göstərilib.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.