Bu formada yatmaq onurğanın "evini yıxır" - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliyalı ortoped cərrah Daniel Oliveyra insanların üzüüstə yatmaq vərdişindən imtina etməsini tövsiyə edib.
Milli.Az bildirir ki, onun sözlərinə görə bu vəziyyətdə yatmaq boyun və bel ağrılarına səbəb ola bilər.
Mütəxəssis bildirib ki, üzüüstə yatarkən boyun daim burulmuş vəziyyətdə qalır, bu isə boyun fəqərələrinə həddindən artıq gərginlik yaradır. Nəticədə ağrılar, hərəkət məhdudluğu və sinir sıxılması müşahidə oluna bilər.
"Bu vəziyyət həmçinin belin aşağı hissəsinə yük salır, oyanarkən əl barmaqlarında keyimə, səhər ümumi halsızlıq və narahatlıq hissinin yaranmasına səbəb olur," - deyə cərrah vurğulayıb.
Həkimin sözlərinə görə üzüüstə yatmaq həmçinin nəfəs almanı çətinləşdirir və daxili orqanlara təzyiqi artırır. Bu yuxu pozası xüsusilə bel yırtığı, oynaq artrozu, tənəffüs və qan dövranı problemləri olan insanlar üçün təhlükəlidir.
Oliveyra qeyd edib ki, arxasıüstə və ya yan yatmaq həm hamilə qadınlara, həm də əməliyyatdan sonra bərpa dövründə olanlara daha uyğundur.
"Yuxu pozası onurğa sağlamlığına birbaşa təsir göstərir. Hətta kiçik dəyişikliklər belə ağrıların və zədələrin qarşısını almaqda böyük rol oynaya bilər," - deyə həkim əlavə edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü
-
Kılıçdaroğlu: siyasi meyitin dirilişi
-
Barkola Salahın rekordunu təkrarladı
-
Tramp: Onları güllələmək lazımdır
-
Şəbnəm Tovuzluya avtomobilində gözlənilməz sürpriz – (Video)
-
İlon Mask: "Zelenski dərhal istefa verməlidir"
-
Lisey şagirdləri kreditorlara qarşı: Fransa imtahan verir
-
Mbappe Messinin rekordunu qırdı
-
Neftimizin qiyməti kəskin dəyişdi
-
İstanbulda küçələri sel basdı - (Foto)
-
Demet Özdemir də su basan studiyada köməksiz qaldı
-
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
-
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
-
Paşinyan yenə universitet diplomu ala bilmədi
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi





