Sağlamlıq

Bu beş payız məhsulu yaddaşı gücləndirir

22 Oktyabr 2024 05:05
Baxış: 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaddaşı qorumağa və koqnitiv geriləməni ləngitməyə kömək edən mövsümi payız qidalarının adı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq Albert Abayev məlumat verib.

Onun sözlərinə görə, meyvə, giləmeyvə və tərəvəzlərdə olan antioksidantlar, şirin kartofdakı beta-karotin və zoğaldakı flavonoidlər beyni oksidləşdirici stres və xəstəliklərdən qoruyur.

Beyin üçün faydalı olan bu payız qidalarının tərkibində təkcə beyin funksiyası üçün deyil, həm də ümumi sağlamlıq üçün faydalı olan bir çox digər qida maddələri var.

Beləliklə, payızda yaddaşı yaxşılaşdırmaq üçün aşağıdakı qidalardan istifadə etməlisiniz:

- Şirin kartof;

- Zəncəfil;

- Çuğundur;

- Mərcanı;

- Göyərti.

Bu qidaların tərkibində yaddaş və idrak funksiyasını dəstəkləyən maddələr var. Onlar həmçinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.