Sağlamlıq

İsti havalarda mədə problemləri buna görə artırmış… - Bəsit həll yolu

1 May 2024 20:55
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havalar isinməyə başlayanda maye istehlakı da əhəmiyyətli dərəcədə artır. Belə halda, gündəlik maye ehtiyacını qarşılamağa çalışan bir çox insan su əvəzinə daha rəngli və ləzzətli içkilərə üstünlük verir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Mustafa Kaplan bu vəziyyətin müəyyən narahatlıqlar yarada biləcəyinə diqqət çəkib. O, qazlı içkilərin mədəyə zərərləri olduğunu bildirirək xüsusilə reflüks xəstələrinə bu cür içkilərdən uzaq durmağı tövsiyə edib:
"Bu xəstələrin mədə qapağının problemli olduğunu və mədə turşusunun yuxarıya doğru daşdığını nəzərə alsaq, xəstə əlavə qazlı içkilər qəbul edərsə, reflüks şikayətləri artacaq. Bunun əvəzinə xəstələrə bol su istehlak etməyi tövsiyə edə bilərik".

Həkim mədə xəstəliyi olmayanların da bu cür içkilərdən mütəmadi istifadəsi nəticəsində zamanla problemlə üzləşə biləcəklərini vurğulayıb:

"Qazlı içkilər mədədə qastrit riskini xeyli artırır. Son illərdə xüsusilə yaz-yay aylarında reflüks, qastrit və xora kimi halların artdığını görürük. Ona görə də hər kəsə bu içkiləri məhdudlaşdırmağı tövsiyə edirik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.