Selektiv abortlar həm təhlükəli, həm də qanunsuzdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abort bir cərrahi müdaxilə olduğuna görə bu əməliyyatdan sonra ağırlaşma ehtimalları var. Bu o demək deyil ki, hər abort qadına ziyandır. Hər müdaxilədə olduğu kimi, burda da 1-2% də olsa, infeksiya, qanaxma, orqan zədələnməsi və ya ölümcül hallar müşahidə etmək mümkündür.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ginekoloq Rəşad Sultan ölkəmizdə artan selektiv abortlarla bağlı danışarkən deyib.
Ginekoloq bildirib ki, selektiv abortlar həm etik, həm hüquqi, həm də tibbi cəhətdən yolverilməzdir:
"Ölkəmizdə aborta 12 həftəyə qədər icazə verilir. Çünki hamiləlik həftəsi artdıqca tibbi risklər çoxalır. Məsələ də burasındadır ki, uşağın cinsiyyətini 12 həftədən öncə müəyyən etmək mümkün deyil. Deməli, cinsiyyətə görə selektiv abortlar 12 həftədən sonra edilir ki, bu da qanunun pozulması deməkdir. Yəni bunu edən həkim də, bunu etdirən ailə də qanunu pozmuş olur".
Psixoloq Ülviyyə Murtuzova isə bildirib ki, uşaq dünyaya gəlmədən cinsi seçim etmək sadəcə cahillikdir:
"Bu, məsuliyyətdən və öhdəlikdən geri çəkilməkdir. Biz cinsiyyət seçimində ailənin, həyat yoldaşın istəyini nəzərə alırıq. Bunun kökündə qadınlar dayanmır. Oğlan uşaqlarının gəlişini toy-bayram edən bölgələrimiz var. Bunu yaşayan və görən qadınlarımız çarəni qız uşağını tələf etməkdə görür".
Murtuzova qeyd edib ki, qadının dünyaya gətirdiyi oğlan və qız uşağının cinsiyyətini tənzimləyən funksiya məhz kişilərdə formalaşır:
"Bunu anlamayan dar düşüncəli, cahil insanların qurbanları da həmin xanımların acınacaqlı həyatı və dünyaya gələ bilməyən körpələrdir. Hər zaman söyləyirik, bunlara birbaşa qadağa qoyulmalıdır. Bunu edəni deyil, etməyə məcbur edəni məsuliyyətə cəlb etmək lazımdır. Bu insan qətlidir. İnsanın məhvi deməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)





