Sağlamlıq

Bağırsaqlarda problem olduğunu göstərən əlamətlər

17 Aprel 2023 07:06
Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngilis alimləri bildiriblər ki, şişkinlik, qarın ağrısı və ya qazın əmələ gəlməsinin artması həmişə bağırsaqlarda nasazlıqdan xəbər vermir.

Milli.Az xəbər verir ki, bu barədə "The Sun" Britaniya mütəxəssislərinin məlumatlarına istinadən yazıb. Bildirilib ki, dərinin, saçın və dırnaqların vəziyyəti də mədə-bağırsaq traktında problem olduğunu göstərə bilər. Mütəxəssislərin fikrincə, əgər dəri iltihablıdırsa və qabıq verirsə, tüklər tökülürsə, dırnaqlar kövrəkləşirsə, orqanizm çox güman ki, sistematik olaraq bağırsaqların ehtiyac duyduğu qidalardan məhrum olur.

Həmçinin, bir çoxları daimi yuxululuğu, depressiya və enerji itkisini görməzdən gəlir. Lakin bu əlamətlər orqanizmin bağırsaq mikroflorasının pisləşməsinə reaksiya verdiyini göstərə bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.