Gürcüstan

Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır

22 Mart 2022 16:24
0 Şərh     Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.

Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.

Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.