İqtisadiyyat

Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

21 May 2020 16:21
0 Şərh     Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstan yükdaşıyıcıları Türkiyəyə və əks istiqamətdə daşımaların yeni dəmiryol marşrutunu hazırlayıb və reallaşdırıb.

Trend bu barədə Qırğızıstanın Ticarət-Sənaye Palatasına istinadən məlumat verir.

Qeyd olunur ki, bu marşrut Azərbaycan ərazisindən keçəcək.

Ticarət-Sənaye Palatasına nəqliyyat alt komitəsinin sədri Talant Matkerim bildirib ki, Türkiyənin "Arkas Logistik" şirkəti ilə razılaşma üzrə Oş şəhərində Türkiyədən gələn 40 konteyner qəbul edilib. Bu yük Gürcüstan və Azərbaycan ərazisindən, daha sonra dəniz yolu ilə Türkmənistana çatıb. Yük bu ölkədən dəmir yolu ilə Özbəkistandan keçərək Qırğızıstanın Oş şəhərinə gəlib:

"Əvvəllər biz avtomobil yolu ilə yük nəql edirdik. Amma koronavirusla əlaqədar dövlət sərhədlərini keçməkdə problem yarandı və sahibkarlar zərər çəkməyə başladı. Multimodal daşımaların işə düşməsi həm yüklərin ləngiməsinin qarşısını alacaq, həm də tədarük həcmlərini artırmağa imkan verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.