Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,5 milyard manat xərcləyəcək
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3,5 milyard manatı və yaxud 8,4 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.
Milli.Az bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,5 % azdır.
Milli.Az