İqtisadiyyat

Azərbaycanın qeyri-neft sektoruna aid mal ixrac etdiyi əsas ölkələr açıqlanıb

2 Aprel 2020 14:13
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 5 faiz artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizin ixracı 3,2 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon ABŞ dolları və ya 3,1 faiz artıb.

Bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon ABŞ dolları və ya 5 faiz artıb.

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin iki ayında Rusiyaya qeyri-neft ixracı 7,4 faiz, Türkiyəyə 18,5 faiz, İsveçrəyə 40 faiz və Çinə 19,9 faiz artıb.
2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 27,3 milyon ABŞ dolları) ikinci və pomidor (24,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin 2 ayı ərzində meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 29,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,5 milyon, pambıq lifi ixracı 30,4 milyon, kimya sənayesi məhsullarının ixracı 13,9 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 8,3 milyon, pambıq ipliyi ixracı 6,3 milyon, şəkər ixracı 2,1 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.