İqtisadiyyat

“Azeri Light” nefti ucuzlaşdı

11 İyul 2026 12:27
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın "Azeri Light" markalı neftinin dünya bazarındakı qiyməti ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İtaliyanın Augusta limanında CIF bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,18 ABŞ dolları (1,49%) azalaraq 77,91 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azərbaycan neftinin bir bareli 1,25 ABŞ dolları (1,64%) ucuzlaşaraq 75,06 ABŞ dollarına düşüb.

Eyni zamanda, "URALS" markalı xam neftin qiyməti 1,78 ABŞ dolları (3,87%) azalaraq 44,15 ABŞ dolları/barel olub.

Şimal dənizində hasil olunan "Dated Brent" markalı neft də ucuzlaşıb. Belə ki, bu markanın bir barelinin qiyməti 1,19 ABŞ dolları (1,58%) azalaraq 74,20 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.