“Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ildə "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18% artıb.
"Startap" şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18% artım deməkdir.
Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər.
Bu göstəricilər "Startap" şəhadətnaməsinin innovativ bizneslərin formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş etdirir.
Qeyd edək ki, "Startap" şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. "Startap" şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiymətində dəyişiklik - Son qiymət





