İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu azaldı

10 İyul 2026 12:37
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.

Milli.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7,9 % azdır.

Təkcə iyunda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.