Ölkə

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb

9 İyul 2026 16:20
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

AZCON Holding şirkətlərindən olan ASCO-nun, eləcə də SOCAR-ın birgə müəssisəsinə məxsus "Aframax" tipli "Zəngəzur" tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.

Milli.Az xəbər verir ki, müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən 7 iyul 2026-cı il tarixində qəbul olunub.

Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Xatırladaq ki, cari ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi"" və "Zəngəzur" tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.