Əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarların mübahisələndirilməsi qaydası təsdiqləndi
Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət-Prosessual, Cəzaların İcrası Məcəllələrinə və "İcra haqqında" qanuna dəyişiklikləri imzalayıb.
Dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.
Sənədə əsasən, ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarların mübahisələndirilməsi qaydası təsdiqləndi
-
Bakıda yeni səfirlik binası tikiləcək
-
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
-
İsrail Trampa hazırlanan sui-qəsd planının üstünü açdı
-
Netanyahu Trampa Ərdoğandan şikayət etdi
-
Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi
XƏBƏR LENTİ
-
Xalq artisti: "Xanımıma 50 min dollara qızıl almaq mənim üçün asandır" - (Video)
-
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH
-
“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alındı
-
Kəlbəcərdə iki mina partladı
-
Generala yüksək vəzifə verildi
-
Dünya çempionatının finalında ilk yaşanacaq
-
Talaçay daşdı, kəndə gedən yol yararsız vəziyyətə düşdü
-
“Seltik”ə keçən Kamilo Duran ilk dəfə danışdı
-
Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşməsi oldu
-
60 yaşlı Xalq artistimiz tanınmaz halda - (Video)
-
Bakıda obyekti soyan 23 yaşlı gənc saxlanıldı - (Video)
-
Bakı-Ələt yolundan istifadə edən sürücülərə şad xəbər: Yeni körpülər tikilir
-
Şənbə günü hava isti olacaq - Proqnoz
-
Əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarların mübahisələndirilməsi qaydası təsdiqləndi
-
Ofelya Şabanova: "27 yaşında qazi qardaşı torpağa qoymaq ağırdır"
-
Bakıda yeni səfirlik binası tikiləcək
-
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
-
İsrail Trampa hazırlanan sui-qəsd planının üstünü açdı
-
Azərbaycanın xarici dövlət borcu azaldı
-
Azərbaycan Ermənistana 434 min avro ödəyib
-
“Təhsil TV”yə yeni direktor təyin edildi
-
Aparıcı Leyladan oğlu ilə bağlı paylaşım: "Ən sevimli basketbolçum” - (Foto)
-
Rayonda ev tikmək Bakıdan niyə bahadır? - ARAŞDIRMA
-
Mopedlər üçün sürücülük vəsiqəsi tələb olunacaq – Rüsumlar açıqlandı





