Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi
İsraildə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasına yönəlmiş təşəbbüs regionda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. İsrailin xarici işlər naziri Gideon Saarın irəli sürdüyü təşəbbüsə hökumətin dəstək verməsi Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlər fonunda deyil, həm də Azərbaycanın mövqeyi baxımından diqqət çəkib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsələ Bakıda narahatlıqla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin bu addımını tarixi hadisələrin siyasiləşdirilməsi kimi qiymətləndirərək qərara yenidən baxmağa çağırıb.
Bu təşəbbüs reallaşacağı təqdirdə, uzun illər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir göstərə və iki ölkə arasında formalaşmış qarşılıqlı etimada zərbə vura bilər.
Eyni zamanda, Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetlərindən biridir. Bu səbəbdən də Ankara üçün xüsusi həssaslıq daşıyan belə bir məsələdə Bakının Türkiyənin mövqeyinə uyğun davranacağı əvvəlcədən gözlənilən idi. Azərbaycanın reaksiyası da məhz bu strateji yanaşmanın və iki qardaş ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin təzahürü kimi qiymətləndirilir.
Bakının prinsipial mövqeyi İsrail daxilində də diqqətdən kənarda qalmadı. Bir müddət sonra israilli ekspertlər, siyasətçilər və nüfuzlu media orqanlarında hökumətin qərarının məqsədəuyğunluğu ilə bağlı müzakirələr genişləndi. Səslənən fikirlərdə ortaq məqam ondan ibarət idi ki, bu təşəbbüs İsrailin milli maraqlarına xidmət etmir və regiondakı mühüm tərəfdaşlarla münasibətlərə əlavə problemlər yarada bilər.
Bir sıra ekspertlər Azərbaycanın irəli sürdüyü arqumentlərin əsaslı olduğunu bildirərək, qərarın yenidən qiymətləndirilməsinin vacibliyini qeyd ediblər.
Müzakirələr tədricən siyasi qərarvermə prosesinə də təsir göstərdi. Nəticədə təşəbbüsün davam etdirilməsi istiqamətində proses dayandırıldı və onun həm hökumət, həm də parlament səviyyəsində irəliləməsinin qarşısı alındı.
Bu, Azərbaycanın diplomatik səylərinin konkret nəticə verdiyini göstərən mühüm nümunələrdən biri kimi qiymətləndirilə bilər.
Baş verənlər bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional prosesləri izləyən deyil, onların gedişinə təsir göstərə bilən aktora çevrilib. Son illərdə həyata keçirilən balanslaşdırılmış xarici siyasət ölkəyə həm dost, həm də tərəfdaş dövlətlərlə açıq dialoq aparmaq imkanı qazandırıb.
İsrail kimi yaxın əməkdaşlıq etdiyi ölkənin qərarına etiraz etməsi və bu etirazın nəticə verməsi Bakının beynəlxalq nüfuzunun, diplomatik çəkisinin və etibarlı tərəfdaş statusunun göstəricisi kimi qiymətləndirilə bilər.
Bu hadisə həm də Azərbaycanın xarici siyasətində prinsipiallığın əsas meyarlardan biri olduğunu ortaya qoydu. Bakı strateji tərəfdaşlıq münasibətlərinə önəm versə də, milli maraqlara və müttəfiqlərinin həssas yanaşdığı məsələlərə toxunan addımlar qarşısında susmadı. Əksinə, konstruktiv dialoq və ardıcıl diplomatik fəaliyyət yolu ilə həm öz mövqeyini müdafiə etdi, həm də yaranmış gərginliyin daha da dərinləşməsinin qarşısını almağa nail oldu.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - (Video/Foto)
XƏBƏR LENTİ
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
ABŞ İranı nüvə ilə vuracaq?
-
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
Röyanın 90 yaşlı fanatının sevgisi - (Video)
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb





