Dünya çempionatının finalında ilk yaşanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu yalnız meydandakı mübarizə ilə deyil, həm də tarixə düşəcək yeniliyi ilə diqqət çəkəcək.
Milli.Az xəbər verir ki, iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında yerləşən "MetLife" stadionunda keçiriləcək həlledici qarşılaşmada ilk dəfə olaraq final matçının fasiləsində xüsusi musiqi şousu təşkil olunacaq.
Məlumata görə, 11 dəqiqə davam edəcək proqramda Castin Biber, Madonna, Şakira və BTS qrupunun üzvləri səhnəyə çıxacaqlar. Şounun bədii rəhbəri isə "Coldplay" qrupunun solisti Kris Martin olacaq.
FIFA və "Global Citizen" təşkilatının açıqlamasına əsasən, tədbirdə afrobeats ifaçısı Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və Nyu-Yorkun Staten-Aylend bölgəsindən olan PS22 məktəb xor kollektivi də çıxış edəcək.
Castin Biber Dünya Çempionatının insanları bir araya gətirən xüsusi bir tədbir olduğunu vurğulayaraq, belə bir layihədə yer almaqdan məmnunluq hissi keçirdiyini bildirib.
Fasilə şousunun əsas məqsədi FIFA-nın Qlobal Vətəndaş Təhsil Fonduna dəstək verməkdir. Layihə çərçivəsində uşaqların təhsil və idman imkanlarının genişləndirilməsi üçün 100 milyon dollar vəsait toplanması nəzərdə tutulur. Bunun üçün turnir ərzində satılan hər biletin dəyərindən fonda 1 dollar ayrılacaq.
"Global Citizen" təşkilatının həmtəsisçisi Hyu Evans bildirib ki, bu tədbir "Live Aid" layihəsindən sonra ortaq məqsəd naminə sənətçilərin ən böyük bir araya gəlməsi olacaq və televiziya tarixinin ən çox izlənilən musiqi çıxışlarından birinə çevrilə bilər.
Qeyd edək ki, DÇ-2026-nın final oyunu iyulun 19-da ABŞ-də baş tutacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
XƏBƏR LENTİ
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb
-
Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Makron xalqa müraciət edəcək
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb





